08 iyul 2025 16:19
108

Azərbaycanda 3 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi bərpa edilib

Azərbaycan Mərkəzi Bankı 3 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini bərpa edib.

"İki sahil" bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Bununla bağlı qərar iyulun 4-də "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub.

"Sığorta vasitəçilərinin fəaliyətinin bərpası onların lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırılması hesabına olub", - məlumatda qeyd olunub.