Cari ilin yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 115,8 milyon manata yaxın vergi daxil olub.
“İki sahil” Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 19,2% və ya 18,6 milyon manat çoxdur.
Bu dövrdə qeyri-dövlət sektorundan daxilolmalar 77,9 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 17,6 milyon manat və ya 29,2% artıb.
Ödənilən vergilərin 67,3%-i qeyri-dövlət sektorunun, 32,7%-i isə dövlət sektorunun payına düşüb