09 iyul 2025 11:51
116

Banklara ayırdığımız ipoteka krediti limitləri tam icra edilir - Rasim Abdullayev

İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil banklara hər il ayırdığı kredit limitləri tam icra edilir.

“İki sahil” xəbər verir ki, bunu Fondun baş meneceri Rasim Abdullayev bildirib.

"İl ərzində ayrılmış limitlərdə həm adi, həm də güzəştli kateqoriya üzrə tam istifadə edilir. Elə bir hal olmayıb ki, limitlər 90-95 % icra edilsin. Adətən icra göstəricisi 98-100 % arasında olur. 1-2 %-lik kənarlaşma onunla bağlı olur ki, vətəndaşların onlara verilmiş 45 günlük möhlət çərçivəsində ev tapması növbəti ilə qalır", - deyə o qeyd edib.