İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mexanizmi üçün müraciət edənlərin 51 %-i dövlət sektorunda işləyənlərdir.
“İki sahil” xəbər verir ki, bunu Fondun Kirayə mənzil departamentinin kirayəçilərlə iş şöbəsinin rəisi Tapdıq Məmmədov bildirib.
O, həmçinin qeyd edib ki, müraciət edənlərin orta yaşı 34, orta aylıq gəliri 1 400 manat, orta aylıq ödəmə qabiliyyəti isə 1 200 manatdır.