Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Ağ Evin avqustun 1-dən mallara əlavə rüsumların tətbiqi ilə bağlı məktubuna cavab verib.
“İki sahil” xəbər verir ki, Tokayev Trampa yazıb ki, Qazaxıstan ABŞ-ın uzunmüddətli tərəfdaşı kimi ədalətli, proqnozlaşdırıla bilən və qarşılıqlı faydalı ticarət əlaqələrinin inkişafına sadiqdir.
Respublika ticarət məsələlərinin rasional həllini tapmaq üçün konstruktiv dialoqu davam etdirmək istəyir. O, tərəflərin kompromis tapa biləcəyinə əmindir.
Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidməti məktubun məzmunu ilə bağlı məlumat yayıb.