Avropa İttifaqının sanksiyaları fonunda Rusiyanın mayeləşdirilmiş qaz (LPG) ixracı əhəmiyyətli dərəcədə azalıb.
“İki sahil” bu barədə RBC OMT Consult konsaltinq şirkətinin məlumatlarına istinadla xəbər verir.
Şirkətin hesablamalarına görə, 2025-ci ilin birinci yarısında ixrac illik müqayisədə 21,8% azalaraq 1,3 milyon ton təşkil edib.
2024-cü ildə LPG tədarükündə də azalma müşahidə olunub.