Qırmızı dənizdə batan Yunanıstana aid “Eternity C” yük gəmisinin daha 4 ekipaj üzvü xilas edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa Dəniz Missiyası məlumat yayıb. Təşkilat ümumilikdə 10 nəfərin xilas edildiyini qeyd edib.
"İyulun 9-dan 10-na keçən gecə "Eternity C"nin daha üç ekipaj üzvü (Filippin vətəndaşları) və Dəniz Təhlükəsizliyi Xidmətindən bir nəfər (Yunanıstan vətəndaşı) xilas edilib", - deyə, qurum "X"də bildirib.
İyulun 9-da husilər Qırmızı dənizdə Yunanıstanın "Eternity C" yük daşıyıcısına hücum edib.