10 iyul 2025 15:48
148

Kallas: Aİ və İsrail Qəzzaya humanitar yardım proqramını genişləndirəcək

Avropa İttifaqı və İsrail Qəzza zolağına humanitar yardım proqramını genişləndirmək barədə razılığa gəliblər.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaja Kallas "Bloomberg"ə müsahibəsində bildirib.

Kallasın sözlərinə görə, tərəflər proqramı konkret şərtlərlə genişləndirmək barədə razılığa gəliblər: fələstinlilərin humanitar yardım və su ala bilməsi üçün yük maşınlarının sayı və neçə nəzarət-buraxılış məntəqəsi açılacaq.

Bundan əlavə, bu razılaşmalar Misir və İordaniya vasitəsilə dəhlizlərin bərpasına da imkan verəcək.

Bundan əvvəl ABŞ-ın Qəzzada İsrail və HƏMAS arasında atəşkəsin təminatçısı kimi çıxış edəcəyi bildirilirdi.