Prezident İlham Əliyev Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında Sərəncam imzalayıb.
“İki sahil” xəbər verir ki, Sərəncama əsasən, dövlətimizin başçısı Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 650 min manat ayırıb.
Həmin Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə tapşırılıb.
Prezientin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB