11 iyul 2025 15:39
147

Ağdam Sənaye Parkında dəmir qapı istehsalı müəssisəsi yaradılacaq

“Castle Door” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib.

“İki sahil” xəbər verir ki, yeni rezident Parkın 1 hektar ərazisində dəmir qapı istehsalı müəssisəsi yaradacaq.

Layihənin investisiya dəyəri 2,2 milyon manatdır.

Türkiyənin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisənin illik istehsal gücünün 9 min ədəd qapı olması planlaşdırılır.

"Yeni rezidentin qeydiyyata alınması ilə Ağdam Sənaye Parkının rezidentlərinin sayı 30-a çatıb. Sahibkarların bura artan marağının göstəricisidir ki, Ağdam Sənaye Parkı ölkədəki sənaye parkları arasında rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir", - deyə məlumatda qeyd olunub.