13 iyul 2025 18:26
132

Salyanda minik avtomobili kanala aşıb, ölənlər var

Salyan rayonunda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə günorta saatlarında rayonun Parça Xələc kəndi ərazisində qeydə alınıb. İdarəetmədən çıxan minik avtomobilinin su kanalına aşması nəticəsində Sərraf Qafarov, Camal Dəmirov və Ramiq Həsənov ölüb.

Faktla bağlı araşdırma aparılır.