Azərbaycanda kiçik şərabçılıq subyektlərinin dəstəklənməsi ölkənin şərabçılıq sektorunun dayanıqlı inkişafında və kənd təsərrüfatının diversifikasiyasında mühüm əhəmiyyət daşıyır.
“İki sahil” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" sosial şəbəkəsində hesabında bildirib.
Nazir qeyd edib ki, Şamaxıda yerləşən kiçik şərab istehsalçılarını ziyarət edib: "Ənənəvi üsullarla hazırlanan yerli şərablar ölkəmizin mədəni irsinin, zəhmətin və ustalığın təcəssümüdür. Ənənəvi biliklərin müasir texnologiyalarla sintezi yerli məhsul keyfiyyətinin artırılmasını, ixrac potensialının genişləndirilməsini və aqroturizm imkanlarının möhkəmləndirilməsini və regionların sosial-iqtisadi inkişafını təmin edir".
bp şirkəti ilə neft-qaz və “yaşıl enerji” üzrə birgə layihələrin icrası müzakirə edilib
Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınıb VİDEO/YENİLƏNİB
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlara əlavə xidmətlər göstərəcək
“AzerGold” tərəfindən Naxçıvanda aztəminatlı ailələrə bayram sovqatı təqdim edilib