Bu ilin I yarısında Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə müntəzəm avtobus marşrutları ilə 33,5 min insan səfər edib.
Bu barədə “İki sahil"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata əsasən, yanvar-iyun aylarında Qarabağ və Şərqi Zəngəzura 3 475 avtobus reysi həyata keçirilib.
Bundan başqa, 6 ayda 1 milyon 342 min 921 nəfər www.yolumuzqarabaga.az portalında qeydiyyatdan keçərək fərdi minik avtomobilləri ilə Şuşa, Laçın, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Suqovuşan istiqamətlərində səfər edib. Bu,ötən ilin ümumi göstəricisi ilə müqayisədə 2 dəfədən çox artım deməkdir. Ötən il portal üzərindən müraciət edən 647 min 918 nəfərə icazə verilib.
bp şirkəti ilə neft-qaz və “yaşıl enerji” üzrə birgə layihələrin icrası müzakirə edilib
Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınıb VİDEO/YENİLƏNİB
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlara əlavə xidmətlər göstərəcək
“AzerGold” tərəfindən Naxçıvanda aztəminatlı ailələrə bayram sovqatı təqdim edilib