Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, İrəvanın Ankara ilə barışmaqdan başqa alternativi yoxdur.
“İki sahil” Ermənistan mediasına istinadla xəbər verir ki, Paşinyan bunu bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Əgər Ermənistan Türkiyə ilə barışığa getməsə, hansı alternativlər var?", - Baş nazir deyib.
Paşinyan, həmçinin İrəvan-Ankara münasibətlərinin normallaşmasından narazı olan Ermənistan vətəndaşlarının nəyə ümid etdiklərini soruşub.
"Onlar demək istəyirlər ki, Türkiyə kimi bir ölkə ilə müharibə yolu ilə getməliyik? Biz ümumiyyətlə nə danışdığımızı başa düşürük?", - baş nazir soruşub.