16 iyul 2025 17:11
146

Əbu-Dabidəki görüş müsbət məcrada keçdi - Paşinyan

Azərbaycan Prezidenti İlham Əliyevlə Əbu-Dabidəki görüş müsbət məcrada keçib.

“İki sahil” erməni KİV-lərinə istinadla xəbər verir ki, bunu mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Əbu-Dabi tərəflərin görüş və danışıqlar barədə əvvəlcədən razılığa gəldikləri ilk görüş oldu", - o bildirib.

N.Paşinyan qeyd edib ki, Azərbaycan Prezidenti ilə söhbətin müsbət nəticələri ola bilər, lakin o, hələlik hansı nəticələr olduğunu açıqlamayacaq: "Müzakirə çox faydalı oldu, ümid edirəm ki, biz bu formatda söhbəti davam etdirəcəyik".