Tovuzun Göyəbaxan və Aşağı Quşçu kəndlərinin köhnəlmiş elektrik şəbəkələri yenidən qurulur.
“Azərişıq” ASC-dən "İki sahil"ə bildiriblər ki, Göyəbaxan kəndində istismar müddətini başa vurmuş dayaqlar və elektrik xətləri, eləcə də sayğaclar yeniləri ilə əvəz olunub. Həmçinin kənddə müasir tipli 2 Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb.
Aşağı Quşçu kəndində yerləşən Qaradaş yaşayış massivinin elektrik təsərrüfatının yenilənməsi məqsədilə 0,4 kV-luq müasir tipli kompozit dayaqlar basdırılır, köhnə elektrik xətlərinin əvəzinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir, sayğaclar yenilənir. Əhalinin elektrik enerjisinə artan təlabatı nəzərə alınaraq yaşayış massivində 4 yeni güc mərkəzinin quraşdırılması nəzərdə tutulub. Rayonun Çobansığnaq, Nəmxoş və Sarıtala kəndinin də elektrik şəbəkəsi yenilənəcək.
Möhkəm təmələ əsaslanan iqtisadi siyasətimiz hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa stimul verir - TƏHLİL
Azərbaycan Qazaxıstan neftinin qəbulunu ildə 2,2 milyon tonadək artırmağa hazırdır