Yanvar-iyun aylarında ölkədən 12 milyard 364,9 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çoxdur.
Dövlət Gömrük Komitəsindən "İki sahil"ə bildirilib ki, ixrac edilən təbii qazın dəyəri 4 milyard 541,6 milyon dollar olub.
Xatırladaq ki, 2024-cü ilin eyni aylarında isə Azərbaycandan 4 milyard 68,5 milyon dollar dəyərində yəni, 11 milyard 825,6 milyon kubmetr təbii qaz ixrac edilib.
Möhkəm təmələ əsaslanan iqtisadi siyasətimiz hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa stimul verir - TƏHLİL
Azərbaycan Qazaxıstan neftinin qəbulunu ildə 2,2 milyon tonadək artırmağa hazırdır