Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki sənaye zonalarında investisiya portfeli 307 milyon manatdan çox olan 18 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib.
"İki sahil" agentliyə istinadən xəbər verir ki, bunlardan 3-ü Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 3-ü Sumqayıt Kimya Sənaye Parkının, 5-i Hacıqabul Sənaye Parkının, 1-i Masallı Sənaye Məhəlləsinin, 1-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.
Eyni zamanda Ağdam, Hacıqabul və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında hər biri üzrə 1 olmaqla ümumilkdə 3 sahibkarlıq subyekti isə qeyri-rezidentlik statusu alıb.
Qeydiyyatdan keçən investorlar sənaye zonalarında smart televizorlar, velosiped, elektrik mühərrikli avtobuslar, lift və eskalatorlar istehsalı layihələri həyata keçirəcək, tekstil sahəsində klasterləşmə formalaşdırılacaq, günəş elektrik stansiyası quracaq.
bp şirkəti ilə neft-qaz və “yaşıl enerji” üzrə birgə layihələrin icrası müzakirə edilib
Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınıb VİDEO/YENİLƏNİB
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlara əlavə xidmətlər göstərəcək
“AzerGold” tərəfindən Naxçıvanda aztəminatlı ailələrə bayram sovqatı təqdim edilib