19 iyul 2025 17:56
144

Prezident: Azərbaycan “yaşıl enerji”ni inkişaf etdirən ölkədir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda ilin hadisəsi oldu və bu tədbirə Azərbaycana gələn insanların sayı onun əhəmiyyətini nümayiş etdirir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.

O vurğulayıb ki, Azərbaycan “yaşıl enerji”ni fəal şəkildə inkişaf etdirir, elektrik enerjisi istehsalı üçün qaz və su ehtiyatlarından istifadə edir.