Azərbaycan cəmiyyəti media savadlılığının inkişafı məsələsi başda olmaqla ölkənin kütləvi informasiya vasitələri ilə fəal şəkildə işləyir.
“İki sahil” "Report"a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunda danışıb.
Onun sözlərinə görə, sosial şəbəkələrdə və uşaqlar arasında media savadlılığının artırılmasına xüsusi diqqət yetirilir.
"Biz əminik ki, media savadlılığı olan nəslin formalaşdırılması cəmiyyətimizin informasiya immunitetinin gücləndirilməsinin ən vacib yollarından biridir", - H.Hacıyev vurğulayıb.
Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik
Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır
Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb