22 iyul 2025 10:01
102

Azərbaycanın pambıq ixracından gəliri 11 %-dən çox azalıb

Bu ilin I yarısında Azərbaycan 4,954 milyon ABŞ dolları dəyərində pambıq idxal edib.

“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 % çoxdur.

Hesabat dövründə Azərbaycandan pambıq ixracının dəyəri isə 116,958 milyon ABŞ dolları təşkil edib. Bu, 1 il əvvələ nisbətən 11,3 % azdır.

Yanvar-iyun aylarında pambıq üzrə idxal Azərbaycanın ümumi idxalının 0,04 %-ni, ixrac isə ümumi ixracın 0,9 %-ni təşkil edib.

Xatırladaq ki, I yarımildə Azərbaycan xarici ölkələrlə 24 milyard 400 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 12 milyard 878 milyon ABŞ dolları ixracın, 11 milyard 522 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2 % az, idxal isə 29,9 % artıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 356 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.