Sabah Bakı şəhərinin Sabunçu, Suraxanı və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
“İki sahil” xəbər verir ki, Sabunçu rayonun “Yeni Ramanı” qaz xətti üzərində quraşdırılmış tənzimləyicinin, Nəsimi rayonunun H.Əliyev və C. Məmmədquluzadə küçələrinin kəsişməsində yerləşən yeraltı orta təzyiqli siyirtmənin əvəz olunması məqsədilə iyulun 23-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Ramanı Südçülük Sovxozunun, Elşən Məhərrəmov küçəsinin, Sosial evlərin, Maştağa qəsəbəsi Daş karxanasının bir hissəsinin, Ramanı qəsəbəsinin, Yeni Ramanı, D. Bünyadzadə, Z.Tağıyev, Deputat, Yeni Zaman küçələrinin, Sabunçu qəsəbəsinin bir hissəsinin və Suraxanı rayonu ərazisində isə Deputatski küçəsinin bir hissəsinin, Ramanı 2-ci sahə Şuşa qaçqın şəhərciyinin, Ramanı qəsəbəsinin C.Cabbarlı, Ə.Haqverdiyev, V. Vəliyev, H.Zərdabi, 9-cu Mədən küçələrinin, həmçinin Nəsimi rayonu üzrə isə C. Məmmədquluzadə, H.Əliyev, A.Əliyev, S.Rəhman, C. Səlimov, A. Salamzadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
bp şirkəti ilə neft-qaz və “yaşıl enerji” üzrə birgə layihələrin icrası müzakirə edilib
Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınıb VİDEO/YENİLƏNİB
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlara əlavə xidmətlər göstərəcək
“AzerGold” tərəfindən Naxçıvanda aztəminatlı ailələrə bayram sovqatı təqdim edilib