"IDEF2025" sərgisi çərçivəsində Türkiyənin "Baykar" Müdafiə Sənayesi şirkəti ilə Azərbaycan Müdafiə Nazirliyi arasında "Logistika Dəstəyi və Satış Müqaviləsi” imzalanıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Baykar" şirkətinin "X" hesabında məlumat yerləşdirilib.
"Bu əməkdaşlığın hər iki qardaş ölkə üçün xeyirli olmasını arzulayırıq", - paylaşımda bildirilib.