İyulun 24-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyənin ölkəmizdəki səfiri Birol Akgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Naxçıvanın bu münasibətlərin inkişafında mühüm əhəmiyyətə malik olduğu vurğulanıb. Xüsusilə ticarət və investisiya qoyuluşu sahələrində böyük perspektivlərin olduğu bildirilib, türkiyəli iş adamlarının bu sahələrdə fəal işbirliyinin vacibliyi diqqətə çatdırılıb.
Söhbət zamanı digər istiqamətlərdə də perspektiv imkanlar müzakirə edilib.
Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb
Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub