28 iyul 2025 17:11
131

“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı açıqlanıb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - “Petrokub” (Moldova) oyununa 3000 bilet satılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Sabah" - "Petrokub" görüşü iyulun 31-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da start götürəcək. Komandalar arasında ilk görüşdə Azərbaycan klubu qələbə qazanıb - 2:0.