16 yanvar 2020 16:00
860

6 uşaq anası boşandığı üçün məhkəmənin qarşısında yallı getdi, paxlava payladı - VİDEO

Türkiyənin Hatay vilayətində maraqlı olay yaşanıb.

Məhkəmə prosesi il yarımdır ki davam edən qadın ərindən rəsmən boşandığını öyrəndikdə məhkəmə binasının qarşısında rəqs edib.

Aytən Kılıç adlı qadın il yarım əvvəl ərindən boşanmaq üçün şəhər məhkəməsinə müraciət etsə də, onlar hələ dünən rəsmi şəkildə boşanıblar.

Bu qərara sevinən qadın məhkəmə binasının qarşısında dostları ilə birlikdə yallı gedib. O, həmçinin məhkəmənin yaxınlığından keçən şəxslərə paxlava və çay da paylayıb.

Milli.az