31 iyul 2025 20:32
160

Ankaranın Yaxın Şərqlə bağlı mövqeyi qəti və konkretdir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa və Böyük Britaniyanın Fəlsətini tanımaq niyyətini alqışlayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə o, qabonlu həmkarı Bris Klotairlə keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan Fransa lideri Emmenual Makronu bu təşəbbüs münasibətilə təbrik etdiyini vurğulayıb.

Dövlət başçısı həmçinin rəsmi Ankaranın Yaxın Şərqlə bağlı mövqeyinin qəti və konkret olduğunu xatırladıb.