03 avqust 2025 14:07
106

Polisə təşəkkür etdilər

Çimərlik ərazilərində xidmət aparan polis əməkdaşlarının xidməti istirahətə gələn vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. 

“İki sahil” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb. 

Vətəndaşlar öz təşəkkürlərini sosial media hesabları vasitəsilə çatdıraraq, polisin daim vətəndaşların yanında olmasından məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, isti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət aparılır.