Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Hindistanın Rusiya neftini alması ilə bağlı vəziyyəti şərh edib.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
“Biz hesab edirik ki, suveren ölkələrin öz ticarət tərəfdaşlarını, ticarət-iqtisadi əməkdaşlıq üzrə tərəfdaşlarını seçmək və konkret ölkənin maraqlarına uyğun olan ticarət-iqtisadi əməkdaşlıq rejimlərini seçmək hüququ olmalıdır və hüququ da var”, - o deyib.
Bundan əvvəl “The Times of India” yazıb ki, ABŞ və Aİ-nin təzyiqləri Rusiya neftinin Hindistana tədarük cədvəlinə təsir etməyib.
Hindistan Xarici İşlər Nazirliyi ABŞ və Aİ-nin Rusiya neftinin idxalı ilə bağlı hücumlarının əsassız olduğunu qeyd edib.