09 avqust 2025 02:41
116

ABŞ-ın “EXIM Bank”ı ilə maliyyə məsələləri müzakirə olunur - Prezident İlham Əliyev

ABŞ-nin “EXIM Bank”ı (İxrac - İdxal Bankı) ilə resurslara aid layihələrlə bağlı müəyyən maliyyə məsələləri müzakirə olunur. İnfrastruktur, nəqliyyat, həmin o resursların nəqli ilə bağlı bir sıra məsələlər və planlar var.

“İki sahil” xəbər verir ki, bunları Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.

“Enerji bizim əməkdaşlığımızın əsas məsələlərindən, əsas mətləblərdən biri olacaq”, - Prezident İlham Əliyev vurğulayıb.