Litva Prezidenti Gitanas Nauseda ABŞ Prezidenti Donald Trampı, Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Azərbaycan və Ermənistan arasında sülh və əməkdaşlığın yeni mərhələsini açan tarixi razılaşmanın əldə olunması münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Bu mühüm addım regional sabitliyi və beynəlxalq təhlükəsizliyi gücləndirir. Litva dialoqun və dinc qarşılıqlı fəaliyyətin davam etdirilməsini dəstəkləyir”, - Nauseda bildirib.
Sincere congratulations to the President of the US @POTUS, the President of Azerbaijan @PresidentAZ, and the Prime Minister of Armenia @NikolPashinyan on reaching a historic agreement marking a new chapter of peace and cooperation between Azerbaijan and Armenia.
— Gitanas Nausėda (@GitanasNauseda) August 9, 2025
This important…