10 avqust 2025 02:35
133

"Sumqayıt" sabiq futbolçusunu geri qaytardı

2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki. komanda son mövsümü Danimarkanın "Veyle" klubunda keçirmiş sabiq yarımmüdafiəçisi Masaki Murata ilə 2 illik anlaşma imzalayıb.

Murata "Sumqayıt"ın heyətində "71" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Masaki Murata 2022/23 mövsümünün ikinci yarısı və 2023/24 mövsümündə "Sumqayıt"ın heyətində ümumilikdə 54 oyun keçirib. O, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.