ABŞ B-1B Lancer bombardmançılarını Norveçə, Rusiya ilə sərhədə yerləşdirməklə Kremlə siqnal göndərib.
“İki sahil” xəbər verir ki, bu barədə “The National Interest” məlumat yayıb.
Məqalədə qeyd edilir ki, yerləşdirmə Rusiya lideri Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında Alyaskada keçiriləcək mühüm görüşdən əvvəl həyata keçirilir.
Məqalədə deyilir: “Kreml şübhəsiz ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-1B Lancer təyyarələrinin NATO qırıcıları ilə bölgədə təlimlər keçirməsinə diqqət yetirəcək”.
Bundan əvvəl ABŞ-ın Norveçə üç strateji bombardmançı göndərdiyi məlum olub.