Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“İki sahil” xəbər verir ki mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh bəyannaməsinin uğurla imzalanması münasibətilə Sizə Albaniya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram. Bu sənədin imzalanması iki ölkə arasında əməkdaşlığa və qarşılıqlı anlaşmaya yol açan tarixi bir mərhələdir. Sizin tərəfinizdən, eləcə də Amerika Birləşmiş Ştatları tərəfindən nümayiş etdirilən davamlı qətiyyəti və sadiqliyi yüksək dəyərləndiririk.
Fürsətdən istifadə edərək bir daha təsdiq edirəm ki, Albaniya Azərbaycanla dostluğa, qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan, davamlı şəkildə inkişaf edən tərəfdaşlığa böyük əhəmiyyət verir.
Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə ölkələrimiz arasında əlaqələr bundan sonra da inkişaf edəcək və Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və töhfələri daha da artacaqdır.
Cənab Prezident, sülh prosesinin davamlı uğuru və dost Azərbaycan xalqının firavanlığı ilə bağlı ən xoş arzularımı və Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB