13 avqust 2025 14:39
212

Ukrayna səfiri humanitar yardıma görə Azərbaycana təşəkkür etdi

Biz Ukrayna üçün çox vacib və çox lazım olan yardım və dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

“İki sahil” xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Azərbaycandan Ukraynaya humanitar yardım göndərilməsi ilə bağlı jurnalistlərlə açıqlamasında deyib.

O bildirib ki, humanitar yardımın tərkibinə daxil olan elektrik avadanlıqlarından Ukrayna bütün elektrik sistemini bərpa etmək üçün istifadə edəcək:

"Biz xüsusilə qiymətləndiririk ki, bu, cari ildə aldığımız elektrik avadanlığı yardımının ikinci paketidir. Azərbaycan tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndiririk".

"Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik. Azərbaycanın tariximizin ən qaranlıq və çətin dövründə bizə dəstək göstərməsinə görə dərin təşəkkürümüzü bildiririk", - deyə səfir vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yükün ilk hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.