Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ prezidenti Donald Trampın dəvəti ilə Ağ evdə dialoqu davam etdirən və bütün həll edilməmiş məsələlərin sülh yolu ilə və tam həllinə gətirib çıxaran sənədin anlaşma memorandumunun rəsmi imzalanması çox müsbət haldır.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Vaşinqtondakı Bay Atlantik Universitetinin (BAU) politologiya və beynəlxalq münasibətlər üzrə professoru Paolo Von Şirah deyib.
O bildirib ki, Birləşmiş Ştatlar zəmanət olaraq, ölkələri bir araya gətirən üçüncü tərəf kimi etibarını gücləndirir.
“Hazırda regionun inkişafı ilə bağlı xoş ümidlər yaranıb. Xüsusən də bu, regionun Avropa və Mərkəzi Asiya, Avropa və Yaxın Şərq, Yaxın Şərq və Mərkəzi Asiya arasında əlaqə mərkəzinə çevrilməsinə yönəlmiş vacib infrastrukturun qurulmasında Amerika sərmayələrinin də cəlbini mümkün edir. Beləliklə, bütün bunlar çox müsbətdir. Düşünürəm ki, Tramp üçün də onilliklər ərzində müharibə aparan iki tərəf arasında ədalətli vasitəçi olduğunu sübut etmək çox prestijlidir. İndi daha müharibə yoxdur. Ərazi məsələləri həll olunub, lakin hələ görüləsi çox iş var. Düşünürəm ki, hər kəs bu görüşün uğurlu olmasından razıdır”, - deyə amerikalı ekspert əlavə edib.
O bildirib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp birinci və ikinci prezidentlik dövründə dəfələrlə müharibəni, hərbi müdaxilələri, heç bir yerdə döyüşməyi sevmədiyini və sülh istədiyini söyləyib: “O, İsraillə Fələstin arasında sülh yaratmağa çalışıb və bu, davam edən bir prosesdir. Tramp Ukrayna ilə Rusiya arasında sülh yaratmağa çalışır. Azərbaycan və Ermənistanla bağlı Birləşmiş Ştatların Prezidentinin bu sazişi imzalayan şəxs kimi birbaşa ön plana çıxması hər iki tərəfə bu prosesi davam etdirərkən müəyyən arxayınlıq hissi verməlidir”.
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB