16 avqust 2025 08:30
140

Novxanıda bir nəfər dənizdə batıb

Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində 2009-cu il təvəllüdlü yeniyetmə - Bayramov Murad dənizdə batıb.

“İki sahil” xəbər verir ki, hadisə barədə məlumat daxil olduqdan sonra axtarış tədbirləri həyata keçirilib.

Axtarışla yeniyetmənin cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.