16 avqust 2025 09:20
146

Tovuzda zəlzələ olub

Tovuz rayonunda zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 3,5 bal gücündə olan zəlzələ yerli vaxtla saat 08:31-də baş verib.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.