16 avqust 2025 09:51
131

Goranboyda yanğına səbəb olan şəxs saxlanılıb

Ötən həftə Goranboy rayon Goranlı kəndi 10 sot biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “İki sahil”ə verilən məlumata görə, araşdırmalarla yanğının kənd sakini, 48 yaşlı Kənan Əlirzayevin ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

K.Əlirzayev saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.