16 avqust 2025 10:13
118

“Qafqazinfo”nun 15 yaşı tamam olur

Bu gün “Qafqazinfo” xəbər portalının yaranmasının növbəti ildönümüdür.

“İki sahil” xəbər verir ki, “Qafqazinfo”nun 15 yaşı tamam olur. 

2010-cu il avqustun 16-da kiçik bir kollektivlə fəaliyyətə başlayan saytın hazırda rəsmi olaraq 30-dan çox əməkdaşı var.

Ölkədə və dünyada baş verən hadisələri işıqlandıran “Qafqazinfo”da Azərbaycan və rus dillərində hər gün 100-dən çox xəbər dərc olunur, sayt 24 saat fasiləsiz yenilənir.

“Qafqazinfo”nun sosial şəbəkə hesabları Azərbaycan seqmentində ən çox baxış sayı toplayan platformalardan biridir. Artıq iki ildir ki, saytın instaqram, feysbuk və teleqram hesabları rəsmi olaraq təsdiqlənib.

"İki sahil"in kollektivi “Qafqazinfo”da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!