Dünyada mövcud olan mədəni kimlik və dəyərlərin yox olmamasını arzu edirik, biz bunun üçün çalışırıq.
“İki sahil” xəbər verir ki, bu fikirləri Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan IV Milli Yaylaq Festivalının açılışında jurnalistlərə açıqlamasında deyib.
B.Ərdoğan beynəlxalq səviyyədə bərabərliyin vacibliyinə diqqət çəkib.
“Bu tablonu can Azərbaycanda çox bariz şəkildə görmək mümkündür. Azərbaycanda türk dünyasının dörd yanından gələn ailələrin bir yerdə olmasını, yaşamasını, birlik göstərməsini görməkdən məmnunluğumuzu ifadə edirik. Bu mənada, Prezident İlham Əliyevə milli idman növlərinə və mədəniyyətə sahib çıxdığı üçün təşəkkürlərimi bildirirəm”, - o deyib.
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB