16 avqust 2025 21:56
146

MPL: “Neftçi” - “Şamaxı” yarışında qollu bərabərlik

Misli Premyer Liqasında 2025/26 mövsümünün ilk turunda “Neftçi” “Şamaxı”nı qəbul edib.

İki sahil”in məlumatına görə, yarışda hesabı qonaqlar açıblar. Belə ki, oyunun 23-cü dəqiqəsində Şamaxı təmsilçisinin futbolçusu Karim Rossi dəqiq zərbə ilə topu tora göndərib.

45+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Emin Mahmudov “Neftçi”nin bərabərlik qolunun müəllifi olub - 1-1.

Misli Premyer Liqası

1-ci dövrə, 1-ci tur

16 avqust (şənbə)

20:00. “Neftçi” 1-1 “Şamaxı”

Qollar: Karim Rossi, 23 (0-1), Emin Mahmudov, 45+2 - pen. (1-1)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

VAR: İnqilab Məmmədov

AVAR: Şirmamed Mamedov

Neftçi Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”