Bu il Naxçıvan Muxtar Respublikasında heyvandarlıq sahəsində fəaliyyət göstərən 1 973 fermerə 246,3 min manat dövlət subsidiyası verilib.
“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu il Naxçıvanda heyvandarlığın inkişafı məqsədilə həyata keçirilən süni mayalanma tədbirləri nəticəsində 5386 baş buzov əldə olunub.
Nazirliyinin Şahbuz rayonunun Badamlı kəndində fermerlərlə keçirdiyi görüşdə bildirilib ki, Naxçıvanda damazlıq heyvanlar yetişdirilməsi istiqamətində iş aparılacaq. Bu, süni mayalanma ilə əldə edilən heyvanların daha sağlam və məhsuldar olmasına imkan verəcək.
Görüş süni mayalanmanın effektivliyinin artırılması və fermerlər arasında maarifləndirmə aparılması məqsədilə təşkil edilib. Fermerlərə süni mayalanmanın tətbiqi qaydaları, üstünlükləri və təsərrüfatlara verdiyi iqtisadi faydalar barədə geniş məlumat verilib. 2025-ci ilin ötən dövründə Şahbuz rayonunda süni mayalanma vasitəsilə 223 baş buzov əldə edildiyi vurğulanıb.
Azərbaycan Əbu-Dabi İnkişaf Fondu və Ərəb Koordinasiya Qrupu ilə sənədlər imzalayıb
Yanacaqlar, mayeləşdirilmiş qazlar və qazla işləyən avadanlıqların təhlükəsizliyinə dair texniki reqlament layihələri ictimai müzakirədə
Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair maarifləndirici görüş keçirilib
İİTKM-də Milli Məclisin deputatı Arzu Nağıyev ilə könüllülərin görüşü keçirilib