22 avqust 2025 09:22
234

"İmişli" "Neftçi"yə, "Qarabağ" "Sumqayıt"a qarşı

Bu gün Misli Premyer Liqasında 2-ci tur start götürəcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək.

Yarışın debütantı "İmişli" "Neftçi"ni qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.

Son çempion "Qarabağ" isə evdə "Sumqayıt"la qarşılaşacaq. Bu oyuna saat 19:30-da start veriləcək.

Qeyd edək ki, Premyer Liqanın 1-ci turunda "Sabah" - "Qarabağ" matçı Ağdam təmsilçisinin Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"la ilk oyuna görə müraciəti əsasında təxirə salınmışdı.

Misli Premyer Liqası,

2-ci tur

22 avqust (cümə)

17:00. “İmişli” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Şamaxı şəhər stadionu

19:30. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
“Azersun Arena”

23 avqust (şənbə)

“Kəpəz” – “Karvan-Yevlax”

24 avqust (bazar)

“Şamaxı” – “Sabah”

“Turan Tovuz ” – “Araz-Naxçıvan”

25 avqust (bazar ertəsi)

“Qəbələ” – “Zirə”