22 avqust 2025 15:39
151

"Fənərbağça" Premyer Liqada çıxış edən futbolçunun keçidini açıqlayıb

Türkiyənin "Fənərbağça" klubu İngiltərə Premyer Liqası təmsilçisi "Vest Hem"də çıxış edən Edson Alvaresi icarə əsasında heyətinə qatıb.

“İki sahil” xəbər verir ki, bu barədə "sarı-lacıvərdlilər"in mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi cari mövsüm "Fənərbağça"nın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Meksika millisinin üzvü olan Edson Alvares 2023-cü ildən "Vest Hem"də çıxış edir.