Ukrayna müharibənin 1276-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 074 320 hərbçi, 11 124 ədəd tank, 23 160 ədəd zirehli döyüş maşını, 31 835 ədəd artilleriya sistemi, 1 472 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 210 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 59 326 ədəd avtomobil texnikası, 52 787 ədəd PUA, 3 598 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 944 xüsusi avadanlıq itirib.