23 avqust 2025 16:23
140

Azərbaycan bu il şəkər və şəkərdən qənnadı məmulatları ixracını 1,8 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 31 milyon 721,15 min ABŞ dolları dəyərində 43 min 958,67 ton şəkər və şəkərdən qənnadı məmulatları ixrac edilib.

“İki sahil” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 1,7 dəfə, həcmi isə 1,8 dəfə artıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında şəkər və şəkərdən qənnadı məmulatlarının payı 1,7 % təşkil edir.

İyulda isə ölkədən 3 milyon 196,23 min ABŞ dolları məbləğində 4 min 138,61 ton şəkər və şəkərdən qənnadı məmulatları ixrac edilib ki, bu da ötən ilin eyni ayına nisbətən müvafiq olaraq 57,8 % və 68,5 % çoxdur.

Bu ilin 7 ayında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25 % çoxdur. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb.