Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 100 milyon 234,41 min ABŞ dolları dəyərində 338 min 658,17 ton azot gübrəsi ixrac edilib.
“İki sahil” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 61,3 %, həcmi isə 10 % artıb.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında azot gübrəsinin payı 5,38 % təşkil edir.
İyulda isə ölkədən 7 milyon 868,82 min ABŞ dolları məbləğində 21 min 802,56 ton azot gübrəsi ixrac edilib ki, bu da keçən ilin analoji ayına nisbətən müvafiq olaraq 17,12 % və 42 % azdır.
Bu ilin 7 ayında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25 % çoxdur. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb.
Azərbaycan Əbu-Dabi İnkişaf Fondu və Ərəb Koordinasiya Qrupu ilə sənədlər imzalayıb
Yanacaqlar, mayeləşdirilmiş qazlar və qazla işləyən avadanlıqların təhlükəsizliyinə dair texniki reqlament layihələri ictimai müzakirədə
Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair maarifləndirici görüş keçirilib
İİTKM-də Milli Məclisin deputatı Arzu Nağıyev ilə könüllülərin görüşü keçirilib