23 avqust 2025 20:49
117

Türkiyədə ağır yol qəzası baş verib, 4 nəfər ölüb

Türkiyənin Malatya vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, hadisə Malatya-Kayseri magistral yolunun Akçadağ rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Hadisənin təfərrüatı və yaralıların vəziyyəti barədə məlumat paylaşılmayıb.