Bu gün Misli Premyer Liqasının 2-ci turunda "Kəpəz" "Karvan-Yevlax"ı qəbul edib.
“İki sahil”in məlumatına görə, Qəbələ şəhər stadionunda keçiriləcək yarışın 38-ci dəqiqəsində Coy Sleyd Mikels penaltini dəqiq yerinə yetirərək hesabı açıb. 52-ci dəqiqədə isə Tompson Qavi yevlaxlıların üstünlüyünü iki topa yüksəldib.
77-ci dəqiqədə Məqsəd İsayev buraxılan qollardan birinin əvəzini çıxıb.
89-cu dəqiqədə Coy Sleyd Mikels özünün ikinci, komandasının üçüncü qolunu vuraraq komandasının üstünlüyünü yenidən iki topa yüksəlsə də 90+6-cı dəqiqəsində “Kəpəz”in futbolçusu Vitor Feijao yenidən fərqi minimuma endirib - 2-3.
Bu nəticə ilə "Karvan-Yevlax" "Kəpəz" üzərində qələbəni təmin edib.
Xatırladaq ki, turun digər qarşılaşmaları avqustun 24-də "Şamaxı" - "Sabah" və "Turan Tovuz" - "Araz-Naxçıvan", avqustun 25-də isə "Qəbələ" - "Zirə" oyunları keçiriləcək.
Misli Premyer Liqası,
2-ci tur
23 avqust
19:00. "Kəpəz" 2-3 "Karvan-Yevlax"
Qollar: Coy Sleyd Mikels, 38 - pen. (0-1), Tompson Qavi, 52 (0-2), Məqsəd İsayev, 77 (1-2), Coy Sleyd Mikels, 89 (1-3), Vitor Feijao, 90+6 – pen. (2-3)
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
VAR: Kamal Umudlu
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”